...

Türkiyə daha çox İran qazını almaq niyyətindədir - nazir

Energetika Materials 19 Noyabr 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend / "Türkiyə və İran qaz satınalmaları üzrə danışıqlar aparırlar", - Türkiyənin enerji naziri Helmi Gülər Tehrandan İranın neft naziri Qulamhüseyn Nozari ilə görüşdə bildirib, - Energy Intelligence Group yazır.

Gülərin sözlərinə görə, Türkiyə İrandan qaz idxalını 23 mln. kubmetr (ildə 8 mlrd. kubmetr) artırmaq niyyətindədir. Hazırda Türkiyənin bu ölkədən qaz idxalı sutkada 27 mln. kubmetrə (ildə 10 mlrd. kubetr) bərabərdir. İdxal edilən qazın bir hissəsi daxili istehlaka, qalan hissəsi isə, Avropaya ixraca gedəcək.

Qaz tədarüklərinin mənbələri və çatdırılma müddəti səsləndirilməyib. Lakin ildə 5 mlrd. kubmetrədək İran qazı idxal etmək niyyətində olan İsveçrənin EGL şirkətinin məlumatına əsasən, İran qazının Cənub Şərqi Avropaya ilk tədarükləri İran, Türkiyə və Yunanıstan arasında mövcud qaz şəbəkələri vasitəsilə 2009 - cu ildə başlaya bilər.

İranın neft nazirinin müavini Əkbər Torkan bildirib ki, Türkiyənin TPAO şirkəti tərəfindən işlənilə biləcək "Cənub Pars" yatağından hasil edilən qazın yarısı (sutkada 46 mln. kubmetrdən) istehlak üçün Türkiyəyə nəql ediləcək, qalan 23 mln. kubmetr isə, fars boru kəməri vasitəsilə Türkiyədən Avropaya ixrac ediləcək.

Ötən il Türkiyə və İİR TPAO - nun üzərinə "Cənub Pars" yatağının işlənilməsinin 22 - 24 - cü mərhələlərinə sərmayə yatırmaq öhdəliyi qoyan anlaşma memorandumu imzalayıblar. Gülərin sözlərinə görə, İranla danışıqlar tamamlayıcı mərhələdədir.

İrandan Türkiyəyə qaz ixracının istənilən həcmdə artırılması İslam Respublikasında yeni boru kəməri infrastrukturunun yaradılmasını tələb edir. İİR artıq Cənubi Parsdan Türkiyə sərhədi istiqamətində İqat -9 xüsusi ixrac xəttini öyrənir. 1800 kilometrlik kəmər səkkiz milyard dollara başa gələcək və 2014 - cü ildən tez hazır olmayacaq. Nozarinin sözlərinə görə, saziş razılaşdırılarsa, boru kəməri iki ölkənin birgə səyi ilə çəkilə  bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti