Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir A.Bədəlova/ Fransanın Enerdata Konsaltinq Şirkəti 2020 - ci ilə dünyada enerjiyə olan tələbatın 30 faiz artacağını proqnozlaşdırır.
Enerdata-nın 2020 - ci ilin dünya enerjisi proqnozu üzrə məruzəsində bildirilir ki, dünyada enerji istehlakı artımının 45 faizi Çin və Hindistanın, üçdə ikisi Asiyanın, 8 % isə ABŞ və Latın Amerikasının payına düşəcək.
Proqnozlara əsasən, 2005 -2020 - ci illərdə qaz dünyada enerjiyə tələbatın 31 faizini ödəyəcək. Kömürün payına 25 faiz, neftin - 22 faiz düşəcək.
Məruzədə qeyd olunur ki, ümumi enerji istehlakının 38 faizi energetika sektoru, 22 faizi - sənaye sektoru, 16 faizi - kommunal sektor, 15 faizi - nəqliyyatın payına düşəcək.
Enerdata-nın proqnozlarına əsasən, 2020 - ci ilə Avropada enerjiyə tələbat 12 faiz artacaq. Artımın 80 faizi qazın payına düşəcək. Şirkət neft istehlakının 9 faiz azalacağını proqnozlaşdırır. Avropada nəqliyyat sektorunda enerji istehlakı 5 faiz, kommunal sektorda - 16 faiz, energetikada - 13 faiz, sənayedə - 11 faiz təşkil edəcək.
Avropada kömürün istehlakı məhdud olacaq - artım cəmi 2 faiz təşkil edəcək.
Enerdata-nın proqnozlarına əsasən, qarşıdakı 14 il ərzində Avropada neftə tələbat 3 faiz azalacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]