...

Bakı, Ankara və Aşqabad Xəzər enerji daşıyıcıları ixracının diversifikasiyasına yol açıblar - Ariel Koen

Energetika Materials 6 Dekabr 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr/ Trend / The Heritage Foundation-nun (ABŞ) baş elmi əməkdaşı, politoloq Ariel Koen, xüsusi olaraq Trend üçün

Türkiyə, Azərbaycan və Türkmənistan Xəzər regionunun əsas iştirakçısı statusunu qaytarmağa səy göstərirlər. Onlar Avropa və ABŞ - a görə mühüm prioritet olan Xəzərin enerji daşıyıcıları üçün ixrac marşrutlarının diversifikasiyası üzərində işləyirlər. Ankara, Bakı və Aşqabad Qərb bazarlarına karbohidrogen axınının təmin edilməsi üçün tədbirlər görürlər, çünki onlar bu bazarlardan daha çox haqq alırlar. Bu, enerji daşıyıcıları qiymətlərinin və büdcə gəlirlərinin düşdüyü vaxtda xüsusilə vacibdir.

Ötən həftə Azərbaycan, Türkiyə və Türkmənistan rəhbərləri Türkmənbaşı şəhərində keçirilən sammitdə Xəzər qaz kəməri layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ümumi türk kökləri ilə yanaşı, ölkələr öz karbohidrogen sərvətlərinin istifadəsi və enerji tranziti üçün strateji vəziyyət üzrə maraqları bölüşürlər.

Lakin heç bir mühüm saziş imzalanmayıb. Danışıqlarda tədricən yaranan irəliləyiş Türkmənistan tərəfindən Qafqazda və Xəzərdə türk mövqelərinin bərpası və Rusiya nəzarətindən azad enerji ixrac marşrutunun təkamülü əməkdaşlıq üsulunun qəbulunu göstərir.

Xəzər dənizinin cənub hissəsinin demarkasiyası ilə bağlı mübahisə üzündən, Azərbaycan və Türkmənistan arasında münasibətlərin yumşalması da vacibdir. Bu, energetika sahəsində gələcək regional əməkdaşlıq üçün çox şey vəd edən hadisədir.

Bakı ABŞ və Avropa tərəfindən dəstəklənən, qazın Mərkəzi Asiyadan Türkiyədən keçməklə, Avropaya tədarükünü təmin edəcək "Nabukko" qaz kəməri layihəsinin tərəqqisi üçün üçtərəfli sammitin keçiriləmsinə təşəbbüs göstərib.

Moskva Qərbin nəzarət etdiyi Avrasiya neft və qazının Avropa bazarlarına nəqli üzrə boru kəməri layihələrinə qarşı inadla müqavimət göstərir. 1990-cı illərdə o, qəti şəkildə Bakı -Tibilsi - Ceyhan neft kəməri və Bakı - Ərzurum qaz kəmərinə qarşı çıxırdı. Rusiya da bilavasitə "Nabukko" ilə rəqabət aparacaq və hətta bəlkə onu sıradan çıxaracaq "Cənub axını" qaz kəməri layihəsi üzrə Avropa paytaxtları arasında dəstək əldə edib.

Azərbaycan "Nabukko" layihəsinin mərkəzindədir. Hələ ki, Qərb paytaxtları əsasən, sözdə dəstək göstərirlər, Bakı isə, sözün əsl mənasında layihə üzərində iş aparır. Azərbaycan "Qazprom"un 2009 - cu ildən ölkənin sərəncamında olan ixrac qazını almaq barədə dəfələrlə etdiyi təklifdən incə şəkildə yayınaraq və Gürcüstanla "mavi yanacaq" tədarükü üzrə beş illik saziş imzalamaqla, öz strateji seçimini yenidən təsdiq edib.

Azərbaycan "Nabukko" layihəsinin birinci mərhələsində potensial qaz tədarükçüsü olacaq. İkinci mərhələdə o, türkmən qazı üçün tranzit məntəqəsi olacaq. Lakin bu, TransXəzər qaz kəməri "Nabukko"ya qoşulacağı və Türkmənistanı Azərbaycan, daha sonra mövcud Bakı -Ərzurum boru kəməri vasitəsilə Türkiyə ilə birləşdirəcəyi təqdirdə baş verəcək.

Bu yaxınlarda auditin nəhəng ehtiyatların mövcudluğunu təsdiq etdiyi Türkmənistanın öz ehtiyatlarını bazar qiymətləri ilə Qərbə satmağa marağını artır. Aşqabad da bir çox boru kəmərlərinin mövcudluğunun və bir alıcıdan asılı olmamağın geosiyasi üstünlüyünü dərk edir.

Türkmənistanın mərhum prezidenti Saparmurat Niyazov qaz istehsalının böyük hissəsini aşağı qiymətlərlə Rusiyaya satsa da, indi Aşqabad "Qazprom" a hər il hasil edilən 70 mlrd. kubmetr qazın təqribən üçdə ikisini satır və onun böyük hissəsini Avropaya tədarük edir.

Bununla belə, prezident Qurbanqulı Berdiməhəmmədov, nəhayət , öz qazının bilavəsitə Avropa istehlakçılarına satışı üçün ölkəsinin beynəlxalq layihədə iştirakını təmin edə bilər. Gələcək "Nabukko" boru kəməri ilə bağlı olan TransXəzər qaz kəməri, şubhəsiz, daha çox cəlbedici və real variantdır. Türkmənistanın iştirakı qərb istehlakçılarına böyük kömək olacaq və onların Rusiyadan asılılığının zəifləməsinə ümid verəcək.

Türkmənistan prezidenti ixrac qaz marşrutlarının diversifikasiyasını dəstəkləsə də, o, Rusiyaya münasibətdə böyük ehtiyatlılıq nümayiş etdirir. Qərb Aşqabadın möhkəm bağlılığını təmin etmək məqsədilə, Türkmənistanı Rusiyanın təzyiqindən qorumağa tədbirlər görməlidir.

Qaz kəmərlərindən başqa, Bakı özünü neft nəqlinin regional mərkəzi qismində də göstərib. 2008 - ci il noyabrın 14 - də Bakıda keçirilmiş enerji sammitində Azərbaycan və Qazaxıstanın Dövlət Neft Şirkətləri 2013 - cü ilədək Xəzər vasitəsilə Azərbaycana tədarükü üzrə əsas prinsiplər barədə razılaşma əldə ediblər. BTC 2007- ci ildən Azərbaycan neftinin əsas ixrac marşrutudur. Qazaxıstan 2006 - cı ildə bu boru kəmərinə qoşulmaq barədə qərar qəbul edib.

Bu yaxınlarda əldə olunan razılaşma 2008 - ci ilin əvvəlində imzalanan və Qazaxıstan neftinin BTC üzrə ixracı üçün Xəzər vasitəsilə qəbulunu şərtləndirən ikitərəfli müqavilənin davamıdır. İki dövlət lazımi neft tankerləri və barjları tikimək və dənizin hər iki tərəfindən yükləmə infrastrukturunu inkişaf etdirmək baradə razılığa gəliblər. Layihə ildə 23 - 25 mln. ton ilkin nəql imkanları ilə vaxtında - gözlənilən Kaşağan neftinin keçidinin təmin edilməsi üçün reallaşdrılmaldır.

Bəzi analitiklər, Astananın bu sazişin köməyi ilə vurğunu Qərbə hərəkət edən TransXəzər neft ixracı tərəfə yönəltməyə imkan verəcəyinə işarə edirlər. Bu, Qazaxıstan neftinin BTC-yə kifayət qədər axınına şəait yaradacaq, bu kəmərin mənfəətliliyini artıracaq və Qərbin Rusiyadan yan keçmək şərtlərini əsaslandıracaq.

Qazaxıstanın neft hasilatı artmağa başlayanda və hər ehtimala qarşı 2020 - ci ilədək sutkada üç mln. barelə çatdığı zaman, yeni TransXəzər neft kəməri Qazaxıstan neftini BTC-yə tədarük edə bilər. TransXəzər neft kəməri siyasi cəhətdən həssas layihədir və ABŞ hökuməti və beynəlxalq neft şirkətləri tərəfindən dəstəklənir. O, BTC-nin nəql imkanlarının xeyli artamasına imkan yaradacaq və regional paytaxtlara əlavə neft ixracı variantları verəcək.

Azərbaycan və Türkiyə əməkdaşlığının geosiyasi nəticələri Xəzərdən Qərbə mühüm enerji dəhlizi oldu. ABŞ və Avropa belə hadisələri alqışlamalıdır. Köhnə dünya Rusiya və Ukraynanın fikir ayrılığına görə 2006 - cı ilin qışında tədarükün qısa müddətə pozulmasından sonra, xüsusilə Mərkəzi Asiyadan birbaşa tədarüklərdə maraqlıdır. ABŞ -ın energetika katibi Samuel Bodmanın sözlərinə görə, avqustda Gürcüstanda baş verən qarşıdurma Avropanın öz enerji tədarüklərinin diversifikasiya etməli olduğunu təsdiq etdi. Onun fikrincə, Obama administarsiyası regional enerji təhlükəsizliyinə sadiq qalacaq.

Rusiya və İranın Xəzərin enerji ixracı üzərində nəzarət yaratmaq səyləri Xəzərin Azərbaycan və Türkmənistan kimi digər iştirakçılarının Avropa istehlakçıları ilə yaxınlaşmasına təkan verdi. Rusiyanın Baş naziri Vladimr Putinin tez-tez haqqında danışdığı müştəri bazasının diversifikasiyası zərurətindən həm Bakı, həm də Aşqabad istifadə edir.

Enerji istehsalçıları və tranzit ölkələrin diversifikasiyaya bağlılılğı müsbət iqtisadi geosiyasi trenddir. Belə vəziyyətdə Aşqabad, Bakı və Ankaranın yeni strateji enerji marşrutlarını nəzərdən keçirməsi, hər bir ölkənin və onların qərb tərəfdaşlarının milli maraqlarına xidmət edir.

Xəbər lenti

Xəbər lenti