...

SOCAR şirkəti dəniz yatağında yeni quyu qazmağa hazırlaşır

Energetika Materials 18 Dekabr 2008 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / , müxbir E.İsmayılov/ SOCAR şirkəti "Bulla dəniz-82" platformasının müasirləşdrilməsi üzrə yekun işləri həyata keçirir. Bu barədə SOCAR-da işlərə yaxın mənbə bildirib.

"Tikinti işlər faktiki olaraq başa çatıb, tamamlayıcı işlər görülür", - deyə mənbə bildirib.

Bu platformada yeni quyunun qazılması üçün qazma şirkəti ilə müqavilənin bağlanması üzrə işlər aparılır. "Prinsip etibarilə işlər, demək olarar ki, başa çatdrılıb və ola bilsin ki, ilin sonunadək yeni quyunun qazılmasına start verilsin", - deyə mənbə bildirib.

Yeni kəşfiyyat quyusunun layihə dərinliyi 6400 metr təşkil edəcək.

Mənbə bildirib ki, bu quyuda nəzərdə tutulan sutkalıq hasilat 500 min kubmetr qaz və 80 ton qaz kondensatı təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti