...

SOCAR şirkəti əvvəllər zədələnmiş boru kəməri ilə neftin nəqlini bərpa edib

Energetika Materials 29 Dekabr 2008 18:01 (UTC +04:00)
SOCAR şirkəti əvvəllər zədələnmiş boru kəməri ilə neftin nəqlini bərpa edib

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir S.Əliyev/ "SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) 500 millimetrlik boru kəmərində neftin sızması ilə bağlı yaranmış bütün problemləri aradan qaldırıb", - SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Mətbuat Xidməti Şöbəsinin rəhbəri Nizaməddin Quliyev bazar ertəsi bildirib.

Dekabrın 23-də baş vermiş sızma şirkətin dəniz yatağından hasil edilən neftin nəqli ilə bağlı olub.

"Ağır hava şəraitinə baxmayaraq, təmir operativ şəkildə həyata keçirilib və boru kəmərinin işi bərpa olunub", - Quliyev qeyd edib.

"Günəşli" yatağından hasil edilən və "Neft Daşları" yatağından keçməklə nəql edilən neft Çilov adasından 15 kilometrlik məsafədə, suyun 0,8 metr dərinliyində, 500 millimetrlik borudan sızıb. Neftin sızmasına boru kəmərinin korroziyası səbəb olub.

Təmir işləri zamanı neftin çatdırılması üçün SOCAR-ın tərkibinə daxil olan Xəzər Dəniz Neft Donanmasının tankerlərindən istifadə edilib. Yaranmış problemləri həll etmək üçün "Azneft" İstehsalat Birliyində (SOCAR-ın şəxsi yataqlarından neft və qaz hasilatı üzrə) opertiv qərargah yaradılmışdı.

Hazırda neftin sızması ilə bağlı yaranmış ekoloji problemlər aradan qaldırılır, - SOCAR-ın nümayəndəsi deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti