...

Yaxın vaxtlarda qazla bağlı Rusiya - Ukrayna münasibətlərində irəliləyiş gözləməyə dəyməz – Qloballaşma Problemləri İnstitutunun direktoru

Energetika Materials 6 Yanvar 2009 16:39 (UTC +04:00)
Yaxın vaxtlarda qazla bağlı Rusiya - Ukrayna münasibətlərində irəliləyiş gözləməyə dəyməz – Qloballaşma Problemləri İnstitutunun direktoru

Rusiya, Moskva, 06 yanvar/ Trend , müxbir R.Ağayev/ Yaxın zamanlarda qazla bağlı Rusiya - Ukrayna münasibətlərində irəliləyiş gözləməyə dəyməz; bu, ləng prosesdir və ukraynalılara onu həll etmək lazım deyil,  -  Rusiya Federasiyası Qloballaşma Problemləri İnstitutunun direktoru Mixail Delyagin hesab edir.

"Ukrayna hər gün Rusiyadan qaz mənimsəyir. Bir min kubmetrə görə 600 dollar qiymətlə hesablasaq, gündə 30 mln. dollar edir. Bununla yanaşı, bu 30 mln. dollar Ukrayna xalqına və ya Ukrayna dövlətinə deyil, konkret  möhtəkirlərə çatacaq", - Delyagin Trend -a bildirib.

Onun sözlərinə görə, Rusiya buna cavab olaraq Ukraynaya qaz ixracını tamamilə dayandıra bilər. "Lakin Ukraynaya bunun isti - soyuğu yoxdur. Avropa İttifaqı bu ölkəyə tam nəzarət edir və Moskvanın Kiyevə təzyiq mexanizmləri, ümumiyyətlə, varsa belə, çox məhduddur", - politoloq deyib.

Delyaginin sözlərinə görə, , Rusiya və Ukrayna arasında qaz məsələsində istisna olaraq, Avropa öz maraqlarının tərəfində olacaq. "Rusiyada kimsə Avropanın Ukraynaya qarşı onun maraqlarını müdafiə edəcəyini düşünürsə, çox səhv edir. Proses ümumilikdə ləng olacaq", - ekspert deyib.

Bununla yanaşı, anlamaq lazımdır ki, Ukrayna üçün heç bir risk yoxdur; o, qaz  tələbatının yarısını şəxsi hasilatı, digər yarısını isə ehtiyat hesabına ödəyir. "Ukraynalılar süni olaraq Avropada qaz çatışmazlığı yaradacaqlar. Onların indi boru kəmərindən Rusiya qazını ona görə oğurlayırlar ki, Avropada qaz çatışmazlığı və bununla bağlı təlaş yarananda, müqavilə qiymətləri artanda, "mavi yanacağı" sərfəli qiymətlərlə - 1 min kubmetri  təxminən 600 dollara Avropaya satsınlar", - Delyagin  qeyd edib.

Onun sözlərinə görə, avropalılar öz əlaltılarının əleyhinə çıxa bilmədiklərindən, Yaxın Şərq münaqişəsinə göstərdikləri əl yelləməyə bənzər reaksiya və nələrdəsə razılığa gəlmək xahişi ilə kifayətlənəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti