...

Azərbaycandakı Şəki elektrik stansiyasında elektrik enerjisinin istehsalı dörd dəfə artıb

Energetika Materials 12 Yanvar 2009 21:24 (UTC +04:00)

Azərbaycan, Şəki, 12 yanvar / Trend müxbir X.Əliyev/  "Şəki su elektrik stansiyasında (Azərbaycanın şimal-qərbində) yeni guc avadanlığı istismara verilib.Bu hesabla elektrik enerjisinin istehsalı 4 dəfə artırılıb", - deyərək "Şəki SES" ASC-nin sədri Aydın Xəlilov bildirib. Stansiyanın yenidənqurulmasına isə 2 milyondan artıq sərmayə qoyulub.

"Şəki su elektrik stansiyası" ASC-nin sədri Aydin Xəlilov bildirib ki,  2007-ci il ərzində stansiyada 1 milyon 418 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdursa , keçən il bu göstərici 5 milyon 96 min təshkil edib.

1936-ci ildən fəaliyyət göstərən bu stansiya otən dövr ərzində istehsal etdiyi elektrik enerjisini Azərbaycanın vahid enerji sisteminə ötürüb. 2003-cu ildə özəlləşməyə çıxarılan və müəssisənin səhmləri üzrə investisiya müsabiqəsinin qalibi "General Konsurstion" şirkəti olub.

Bu şirkət texniki imkanları artırmaq məqsədi ilə stansiyada xüsusi layihə üzrə yenidənqurma və əsaslı təmir işləri aparıb. Stansiyanı su ilə təmin edən Kiş çayının əsas su hövzəsində yeni su qəbuledici qurğular quraşdırılıb.

Layihə çərçivəsində stansiyada alman şirkəti Wasserkraft Volk AG tərəfindən istehsal olunmuş 1,3 meqavat gücündə, 620 min avroluq qiyməti olan yeni güc qurğuları quraşdırılıb.

Quraşdırma işləri alman mütəxəssislərinin nəzarəti altında aparılır. Hazırda stansiyada orta hesabla 500-550 min kilovat-saat elektrik enerjisi istehsal olunur. Eyni zamanda stansiya Şəkini içməli su ilə təmin edir. Növbəti mərhələdə əlavə güc qurğularının quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində enerji istehsalının iki dəfə artmasına imkan verəcək. Şəki Azərbaycanın şimal-qərbində, Bakıdan 352 km aralıqda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti