...

Aİ-nin birgə enerji siyasətinə ehtiyacı var – Latviya prezidenti

Energetika Materials 13 Yanvar 2009 17:25 (UTC +04:00)
Aİ-nin birgə enerji siyasətinə ehtiyacı var – Latviya prezidenti

Fransa, Strasburq, 13 yanvar/ Trend , müxbir A.Məhərrəmli/ "Avropa İttifaqının birgə enerji siyasətinə ehtiyacı var", - Latviya prezidenti Valdis Zatlers çərşənbə axşamı Avropa İttifaqının sessiyasında bildirib.

"Biz Aİ - nin son günlərdə qarşılaşdığı enerji problemindən nəticə çıxartmalıyıq. Bizim bərpa olunan enerji mənbələrinə ehtiyacımız var, - Zatlers deyib. - Rusiya və Ukrayna arasında baş verən hadisələri, eləcə də Gürcüstanda avqust hadisələrini nəzərə almaq lazımdır. Sonuncu qaz böhranı Aİ - nin vahid enerji siyasətini yenidən aktuallaşdırıb".

Hazırki şəratidə Aİ ölkələri ətraf mühitə "hörmət edən" etibarlı enerji təhlükəsizliyini təmin etməlidirlər. "Ətraf mühit məsələsi nə qədər çətin olsa da, biz onu öz məqsədimiz etməliyik", - Zatlers vurğulayıb.

Aİ - yə üzv ölkələr, böhranla bağlı birgə mövqedən istifadə edərək, birgə enerji siyasətini gündəliyə çıxarmalıdırlar. Bu, həmçinin, tədarükçü dövlətlərlə dialoq deməkdir. Bundan başqa, enerji bazarının sabitliyini təmin etmək lazımdır.

"Avropa Komissiyasının enerji həmrəyliyini nəzərdə tutan planı mövcuddur", - Latviya prezidenti əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti