...

SOCAR 2008 - ci ildə emala göndərdiyi neftin həcmini açıqlayıb

Energetika Materials 22 Yanvar 2009 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend /  

"2008-ci ildə SOCAR şirkəti tərəfindən emala 7,4 milyon ton neft verilib", -  SOCAR şirkətinin məlumatında deyilir..

Dekabrda emala 614,12 min ton neft göndərilib.

Azərbaycanda neft məhsulları, ümumi gücü ildə 20 milyon ton neft olan iki Bakı NEZ - in bazasında istehsal olunur. Hər iki NEZ SOCAR-a daxildir. Şirkət öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlarından hasil etdiyi təxminən 6 milyon ton nefti emal edir.

Azərbaycanda  mövcud 57 neft-qaz yatağından 18-i dənizdə, qalanı quruda yerləşir.

SOCAR şirkətində təxminən 63 min nəfər  çalışır.

Xəbər lenti

Xəbər lenti