...

"Qazprom" Mozdok - Qazıməmməd qaz kəməri üzrə tenderə yekun vurub

Energetika Materials 29 Yanvar 2009 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend /

Rusiyanın qaz inhisraçısı - "Qazprom" şirkətinin "Mozdok-Qazıməmməd magistral qaz kəmərinin (MQK) geotexniki diaqnostikası"na  dair keçirdiyi tender baş tutmamış elan edilib, - "Qazprom"un rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir ki, "Qazprom Transqaz Mahaçqala" MMC  -nin müsabiqə komissiyasının qərarı ilə, müsabiqə baş tutmamış elan edilib. Müsabiqədə iştiraka dair yalnız 1 ərizə verildiyindən, bu qərar qəbul edilib.

"Qazprom" ötən ilin sonu - bu ilin əvvəlində "Mozdok-Qazıməmməd magistral qaz kəmərinin geotexniki diaqnostikası", "Mozdok - Qazıməmməd MQK-də ümumi uzunluğu 31 kilometr olan izolyasiya örtüyünün əsaslı təmiri prosesində zay boruların seçilib ayrılması" və "Magistral qaz kəmərlərinin (Mozdok-Qazıməmməd) texniki vəziyyətinin təhlili və proqnozu"na dair üç tender elan edib.

İşlər "Qazprom Transqaz Mahaçqala" MMC - nin şəxsi vəsaitləri hesabına maliyyələşdiriləcək, - "Qazprom"un rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Azərbaycan öz ərazisində Mozdok - Qazıməmməd qaz kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi mümkünlüyünü nəzərdən keçirir, - "Azəriqaz" QSC - nin (Azərbaycanın qaz kəməri inhisarçısı) Əlixan Məlikov yanvarın 20 - də bildirib.

"Müraciət olsa da, hələlik bu məsələ nəzərdən keçirilməyib. Ümumilikdə belə fikir var. Lakin məsələ üzrə heç bir müəyyən iş aparılmayıb", - Məlikov deyirdi.

Əvvələr layihə gücü ildə 10 mlrd. kubmetr olan bu qaz kəməri ilə Rusiyadan Azərbaycana qaz ixrac olunurdu. Lakin 2007 - ci ildən Azərbaycan RF- dən qazın alınmasını dayandırıb.

Dekabrın sonunda "Qazprom" və SOCAR arasında Azərbaycan qazının RF - yə ixracı məsələləri üzrə danışıqlar aparılıb.

Rusiyanın "Qazprom" şirkəti "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən ixrac qazın tam həcmini almaq niyyətindədir, - SOCAR-ın yüksək vəzifəli nümayəndəsi əvvəllər bildirib. Qısamüddətli perspektivdə SOCAR -ın şəxsi yataqlarından hasil etdiyi qazın ixracı məsələsi nəzərdən keçirilir. Xüsusilə də, Azərbaycan qazının Dağıstana tədarükü məsələlərinə baxılır. SOCAR və "Qazprom" arasında danışıqların növbəti mərhələsi bu aya təyin edilir.

Cari ilin ərzində SOCAR şəxsi yataqlarından təxminən səkkiz milyard kubmetr qaz hasil edəcək.

Xəbər lenti

Xəbər lenti