...

"Bakıelektrikşəbəkə" SC Azərbaycanın paytaxtında iki min kilometrdən çox ÖİN-kabel çəkib

Energetika Materials 30 Yanvar 2009 03:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin paylanması və satışı ilə məşğl olur) 2007-ci ildən başlayaraq bu günədək özünüdaşıyan isolyasiyalı naqillərdən (ÖİN) istifadə etməklə 1073,11 km abonent və 991,44 km magistral elektrik ötürücü xətti çəkib, - SC-nin məlumatında deyilir.

qanunsuz qoşulmaların qarşısı da alınmış olur. Müqayisə üçün qeyd edək ki, Xətai rayonunda ÖİN-ləşmədən əvvəl 3072 abonent dekabr 2006-cı ildə istehlak etdiyi 3600 min kvt/saat elekrtik enerjisinə qarşılıq cəmi 18 000 AZN (8,3%) ödəniş edibsə, ÖİN-ləşmədən sonra dekabr 2007-ci ildə istehlak etdiyi 1052 min kvt/saat elekrtik enerjisinə qarşılıq 49 000 AZN (77,6%) ödəniş etməklə 2548 min kvt/saat elekrtik enerjisinə qənaət olunub.

54 min abonent sayğcla təmin olunub.

0,4 kv-luq şəbəkədə özünüdaşıyan isolyasiyalı naqillərin (ÖİN) çəkilişi 2007-ci ildə başlayıb. ÖİN-kabellərlə təchizat israfçılığın və elektrik enerjisi itkilərinin qarşısının alınmasına, elekrtik enerjisindən qənaətlə istifadəyə səbəb olur. O həmçinin elektrik ötürücü xətlərə qeyri-qanuni qoşulmalardan qaçmağa imkan verir.

Bakının Binəqədi, Əzizbəyov, Yasamal, Xətai, Sabunçu və Qaradağ rayonlarında ÖİN-kabellərlə təchizat prosesi hələ davam edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti