...

Yunanıstan Rusiyanin layihələrinə zərər vermədən Azərbaycandan qaz almaq niyyətindir - Baş nazir

Energetika Materials 17 Fevral 2009 20:25 (UTC +04:00)

Yunanıstan Rusiya ilə birgə enerji layihələrinə ziyan vurmamaq şərtilə Azərbaycandan qaz almaq niyyətindədir. Bu barədə çərşəmbə axşamı Afinada Yunanıstanın Baş naziri Kostas Karamanlis Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra bildirib. RİA "Novosti" məlumat verir. 

"Yunanıstan və Azərbaycan arasında olan danışıqlar bizim siyasi mövqeyimizi dəyişmir," - Karamanlis jurnalistlərin Yunanıstan və Rusiya arasında olan enerji əməkdaşlığı ilə bağlı sualına cavab olaraq bildirib.

"Təbii qazın Azərbaycandan ikitərəfli müqavilə çərçivəsində və ya Türkiyə, Yunanıstan və İtaliyadan (TYİ) keçməsi planlaşdırılan qaz borusu vasitəsilə nəqli hər zaman Yunanıstanın siyasi diqqət mərkəzində olub. Təbii ki, biz bu mövzuda cənab Əliyevlə müzakirə aparmışıq," - Karamanlis bildirib.   

"Bizim Rusiya ilə münasibətlərimiz çox yüksək səviyyədədir və biz iki nəhəng layihənin reallaşmasına doğru addımlayırıq. Bu layihələr enerji mənbələrinin və Avropaya neft və qaz idxalı marşrutlarının diversifikasiyasına kömək edəcək," - Baş nazir "Cənub Axını" və Burqas-Aleksandropolis neft boru kəməri barədə danışaraq bildirib.  

Karamanlis həmçinin deyib ki, Yunanıstan Azərbaycandan qaz almaq niyyətindədir.

"Yunanıstan Azərbaycandan TYİ qaz borusu vasitəsilə bilavasitə qaz idxal edən Avropanın ilk ölkəsi olacaq," - Baş nazir əlavə edib. O, qazın hansı həcmdə idxal olunacağı barədə məlumat verməyib.   

Yunanıstan Rusiya və Bolqarıstanla birgə Rusiya neftini Avropa bazarına nəql edəcək Burgas-Aleksandrupolis neft boru kəməri layihəsini reallaşdırır.

Bundan əlavə, Afina Rusiya gazını Cənubi və Mərkəzi Avropaya nəql edəcək "Cənub axını" layihəsinə qoşulub. 

Ləyihə mütəxəssislərinin sözlərinə əsasən, TYİ qaz borusu layihəsi Türkiyəni Qərbi Avropa ilə birləşdirəcək və Avropa Birliyinə qaz nəqlini həyata keçirən beş əsas yoldan biri olacaq.

Xəbər lenti

Xəbər lenti