...

Yanvarda Azərbaycanın daxili bazarında neft bitumunun satışı təxminən üç dəfə artıb

Energetika Materials 20 Fevral 2009 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend / 2009-cu ilin yanvarında Azərbaycanın daxili bazarına təxminən 354 min ton neft məhsulları göndərilib ki, bu da 2008-ci ilin analoji dövründəkindən 19,9 faiz çoxdur", - Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 70,6 min tonu avtomobil benzininin payına düşüb ki, bu da bir il əvvəlki göstəricidən 33,6 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı avtomobil benzininin qiyməti (ƏDV və təchizat xərcləri də nəzərə alınmaqla) 670 AZN, А-95 markalı benzin isə 736 AZN təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə Azərbaycanın Azpetrol şirkəti realizə üçün 37,7 min ton, LUKoil şirkəti isə 12 min ton avtomobil benzini alıb.

Yanvarda daxili bazarda 50,6 min ton dizel yanacağı satılıb ki, bu da 2008-ci ilin analoji dövründən 18,4 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının qiyməti (təchizat xərcləri və ƏDV nəzərə alınmaqla) 485 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azpetrol bu həcmdən təxminən 17,7 min ton, LUKoil isə təxminən 8 min ton alıb. Xəzər Dəniz Gəmiçiliyi 2 min tondan çox dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox mazut realizə edilib.

Cari ilin yanvarında 123,1 min ton mazut satılıb ki, bu da 2008-ci ilin analoji dövründən 40,1 faiz azdır. Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutun qiyməti (təchizat xərcləri və ƏDV nəzərə alınmaqla) 100 manatdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azenerji SC təxminən 95,5 min ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu isə sonradan emal edilmək üçün təxminən 24,4 min ton mazut alıb.

Bu dövrdə 25,6 min ton aviasiya kerosini satılıb ki, bu da 2008-ci ilin analoji dövründən 37,6 faiz çoxdur. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosini (təchizat xərcləri və ƏDV nəzərə alınmaqla) 307 manatdır.

Yanvarda daxili bazarda 11 min ton neft bitumu satılıb. Bu, 2008-ci ildən 2,7 faiz çoxdur. Azərbaycanın daxili bazarında BN 60/90 markalı bitumun 1 tonunun (təchizat xərcləri və ƏDV nəzərə alınmaqla) qiyməti 160 manatdır.

Yanvarda daxili bazarda 10 min ton mayeləşdirilmiş neft qazı (LPG) satılıb ki, bu da 2008-ci ilin yanvarından 4,9 faiz azdır.

Daxili bazarda 62,4 min ton həcmində digər neft məhsulları satılıb ki, bu da 2008-ci ilin yanvarından 5,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti