...

Azərbaycan neftinin qiyməti: 16-20 fevral həftəsinin yekunları

Energetika Materials 23 Fevral 2009 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı,  23 fevral/ Trend , müxbir A.Bədəlova/ 16-20 fevral həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $42,38/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,45/barr azdır.

16-20 fevral həftəsində AZERI LT neftinin maksimal qiyməti $44,77/barr, minimal qiyməti isə $41,13/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

16-20 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $38,71/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,46/barr azdır.

16-20 fevral həftəsində URALS neftinin maksimal qiyməti $41,12/barr, minimal qiymət isə $37,46/barr təşkil edib. 

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

16-20 fevral həftəsində Brent Dated neftinin orta qiyməti $40,76/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,13/barr azdır.     

Ötən həftə Brent neftinin maksimal qiyməti $43,15/barr, minimal qiymət isə $39,67/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti