Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir E.İsmayılov /
"Azəriqaz" Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək, bunun üçün həm qaz idarəsinin Bakıdakı baş ofisində, həm də QSC-nin bütün idarələrində növbətçilik təşkil olunub. Bu barədə cümə günü "Azəriqaz" rəhbəri Əlixan Məlikov bildirib.
"Qaz verilişində problemlər olmayacaq", - deyə Məlikov vurğulayıb.
Onun sözlərinə görə, qaz verilişi ilə bağlı problem olmamalıdır, çünki "Azəriqaz" bütün istiqamətlərdə yanacaq verilişi rejiminə nəzarət edir.
"Biz bütün problemlərə operativ reaksiya verəcəyik", - deyə Məlikov qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]