...

Azərbaycan hələ ki, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin həcminin artırılmasını planlaşdırmır - SOCAR prezidenti

Energetika Materials 20 Mart 2009 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbirlər E.İsmayılov, İ.Xəlilova /

"Bakı-Novorossiysk boru kəməri ilə nəql edilən Azərbaycan neftinin həcminin artırılması bu ilə planlaşdırılmır", - SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib. SOCAR boru kəmərinin operatorudur.

"Bu boru kəməri ilə biz öz neftimizi nəql edirik. Bu boru kəməri ilə nəql olunan neftin həcminin artırılması bu il nəzərdə tutlmayıb", - deyə Abdullayev bildirib.

Şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsi üzrə tərəfdaşlarla və Rusiyanın "Transneft" şirkəti ilə Bakı-Novorossiysk boru kəməri ilə nəql olunan neftin həcminin artırılması üzrə danışıqları davam etdirir. Bu barədə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi bildirib.  

Bu proses həyata keçirildiyi halda, Bakı-Novorossiysk boru kəməri ilə nəql olunan neftin bir hissəsi (2 milyon ton) AÇG layihəsi çərçivəsində SOCAR-a və dövlətə məxsus olacaq. "Lakin bunu 5 milyon ton neft, o cümlədən konsorsiumun AÇG yatağında hasil etdiyi 3 milyon ton neftin nəql edilməsi zamanı həyata keçirmək mümkün olacaq", - deyə SOCAR-ın nümayəndəsi bildirib.

Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlinin artımı "Transneft"in Novorossiysk Qara dəniz limanında Azərbaycan yüngül neftinin keyfiyyətinin saxlanılmasını təmin edəcəyi halda mümkündür. Bu kəmərdən istifadə Azərbaycan neftinin nəqli marşrutlarının diversifikasiyası baxımından vacibdir

SOCAR bu gün bu marşrutla ildə təxminən bir milyon ton neft nəql edir.

Hazırda öz neftini dəmir yolu ilə Batumi limanına göndərən "Exxon" və "Devon" şirkətlərindən başqa, AÇG layihəsi üzrə bütün tərəfdaşlar öz neftini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edir.

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı SOCAR çıxışda (Novorossiysk limanında) "Urals" markalı neft əldə edir ki, buna da səbəb başqa istehsalçıların nefti ilə qarışmadır.

AÇG layihəsi üzrə tərəfdaşlar: BP (operator - 34,1%), ChevronTexaco (10, 2%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8%), TRAO (6,8%), Devon (5,6%), ITOCHU (3,9%), Hess (2,7%). Lazımi kapital qoyuluşlarının həcmi 20 milyard dollardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti