...

İranın neft naziri Suriyaya qaz tədarükü məsələsini müzakirə edəcək

Energetika Materials 30 Mart 2009 16:38 (UTC +04:00)

İranın neft naziri martın 30-da Suriyaya səfər edəcək. Bu barədə İranın IRNA informasiya agentilyi məlumat verir.

"Qulamhüseyn Nozari Suriyaya beş günlük səfəri zamanı bu ölkənin neft və mineral ehtiyatlar naziri Sofian əl-Alao ilə görüşəcək", - deyə İranın Suriyadakı səfiri məlumat verib.

Səfər zamanı iki ölkə arasında neft və qaz sahələrində əməkdaşlıq, İran qazının Suriyaya nəqli və Suriyada İran-Venesuela-Malayziya birgə neft emalı zavodunun tikintisi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti