...

Azərbaycanda 13 min tondan çox neft koksu istehsal olunub

Energetika Materials 9 Aprel 2009 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend /

Yanvar-martda SOCAR şirkətinə (Azərbaycan Dövlət Neft Şirkəti) daxil olan "H.Əliyev adına" Bakı Neft Emalı Zavodu tərəfindən təqribən 13,5 min ton neft koksu istehsal olunub. Bu göstərici 2008-ci ilin analoji dövründə 30,6 min tona bərabər olub. Bu barədə SOCAR-dan bildiriblər. 

Martda bu göstərici təqribən 9,1 min ton neft koksu təşkil edib.

2008-ci ildə Bakı Neft Emalı Zavodu tərəfindən 168,93 min ton koks istehsal olunub. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.

2006-cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb.

Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti