...

Azərbaycan qazının Rusiyaya satışı barədə razılıq mayda əldə olunacaq - səfir

Energetika Materials 16 Aprel 2009 13:57 (UTC +04:00)
Azərbaycan qazının Rusiyaya satışı barədə razılıq mayda əldə olunacaq - səfir

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir E.Tariverdiyeva /

Cari ilin mayında Rusiyanın qaz inhisarçısı "Qazprom" və Azərbaycanın SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycan qazının Rusiyaya ixracı məsələsi üzrə konkret qərarlar qəbul etmək niyyətindədirlər. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. 

"Biz ümid edirik ki, bu layihə siyasiləşdirilməyəcək", - deyə Doroxin bildirib.  

"Qazprom" və SOCAR martın 27-də Azərbaycan-Rusiya sərhədinədək DAF şərtləri üzrə 2010-cu ilin yanvarından tədarükə başlamaqla Azərbaycan qazının alqı-satqısına dair memorandum imzalayıblar.

Təbii qaz üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsinin iqtisadi məqsədəuyğunluğu və variantları da hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti