...

Azərbaycanda neft bitumu istehsalı 40 faizdən çox artıb

Energetika Materials 23 Aprel 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend / 

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərkibinə daxil olan "H.Əliyev adına" və Azərneftyağ  (keçmiş Azərneftyanacaq) Bakı neft emalı zavodları cari ilin birinci rübündə təqribən 1,5 mln. ton neft emal ediblər. Bu müəssisələrdə neft məhsulları emalı ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 14,4 faiz azalıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə avtomobil benzini istehsalı 7,3 faiz, neft bitumu istesalı isə 46,1 faiz artıb. Neft məhsullarının qalan növləri üzrə istehsalda azalma müşahidə olunub.

2009-cu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının əsas növləri üzrə istehsal:

Min tont

2009-cu il, yanvar-mart

2008-ci ilin yanvar-martına nisbətdə %-lə

Avtomobil benzini

285,6

107,3

Kerosin

164,4

85,2

Yanacaq mazutu

163,8

37

Dizel yanacağı

536,2

87,5

Neftbitum

39

146,1

Sürtkü yağı

7,6

92,7

Nafta

67,1

90,7

Xəbər lenti

Xəbər lenti