...

İran və Rusiyanın qaz şirkətlərinin başçıları Tehranda görüşüb

Energetika Materials 28 Aprel 2009 18:04 (UTC +04:00)

"Çərşənbə axşamı Tehranda İran Milli qaz şirkəti ilə Rusiyanın "Qazprom" şirkətinin rəhbərlərinin görüşü baş tutub", - İran televiziyası məlumat verib.

"Qaz ekspertlərinin, İran və Rusiya qaz şirkətlərinin rəhbərlərinin iclası əməkdaşlıq haqqında razılaşma çərçivəsində keçirilir", - İran Milli qaz şirkətinin tədqiqat və texnologiyalar üzrə direktoru Səid Paksərəşt deyib.

Onun sözlərinə görə, iki ölkənin qaz şirkətlərinin rəhbərlərinin görüşü dünən başlayıb və bu gün davam etdirilib. "Bu iclasda gələcək qaz əməkdaşlığının perspektivləri, qaz kəmərlərinin tikintisi məsələləri, qazın saxlanılması üzrə terminalların inkişafı, təbii qazın ixracı və başqa məsələlər müzakirə olunub", - Paksərəşt bildirib.

O, deyib ki, rus tərəfi iclasda bəzi təkliflər irəli sürüb ki, hazırda onlar öyrənilir. "İclasın sonunda birgə əməkdaşlıq sahəsində müqavilə imzalanması gözlənilir", - Paksərəşt deyib.

Xəbər lenti

Xəbər lenti