Azərbaycan, Bakı, 9 may / Trend / Mayın 9-da Qaradağ-Hacıqabul qaz kəmərinin Torağay massivi (Abşeron rayonu) ərazisində baş vermiş yanğın söndürülüb. Bu haqda Trend -a "Azəriqaz" QSC-dən məlumat veriblər.
Yanğın matın 9-da saat 14.30 radələrində xətdəki partlayış nəticəsində baş verib. Buna səbəb köhnə borunun korroziyaya uğraması olub. Partlayış nəticəsində həmçinin yaxınlığda keçən digər boru xətti zədələnib.
"Azəriqaz"-dan bildiriblər ki, hadisə nəticəsində zərərçəkən olmayıb. Həmin xətlərlə qazın nəqli dayandırılıb.