...

Yunanıstan Azeri Light növlü neft emal etmək niyyətindədir

Energetika Materials 13 May 2009 11:45 (UTC +04:00)
Yunanıstan Azeri Light növlü neft emal etmək niyyətindədir

Azərbaycan, Bakı, 13 may / Trend /

Yunanıstan Neft Şirkəti (YNŞ) Yunanıstanın neft emalı zavodlarında emal etmək üçün yüngül Azərbaycan neftini almaqda maraqlıdır. Bu barədə Bakıda SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev ilə görüşdə YNŞ-nın prezidenti Con Kostopoulos bildirib.

Azərbaycanın Azeri Light növlü yüngül nefti xarici şirkətlərlə birgə SOCAR tərəfindən işlənən "Azəri-Çıraq-Günəşli" yataqları blokundan çıxarılır. Neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, həmçinin dəmir yolu ilə Gürcüstanın Supsa limanına nəql olunur.

Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis SOCAR rəhbəri ilə görüş zamanı TGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəməri layihəsinin üstünlüklərinə toxunaraq, bu layihənin qısa müddətdə və minimum xərclər ilə reallaşdırılmasının mümkünlüyünü qeyd edib.

"TGI qaz kəməri Yunanıstan üçün olduqca vacibdir və ölkə layihənin tezliklə reallaşdırılmasına köklənib", - deyə Varvitsiotis bildirib.

Görüş zamanı SOCAR prezidenti Abdullayev bildirib ki, Azərbaycan qazının nəqli məsələsi ilə bağlı həm Yunanıstanın Depa şirkəti, həm də İtaliyanın Edison şirkəti ilə danışıqlar aparılıb. Qaz kəmərlərinin şaxələndirilməsi məsələsi Azərbaycan üçün olduqca vacibdir və bu nöqteyi-nəzərdən təklif olunan bütün layihələr nəzərdən keçirilir.

Abdullayev həmçinin İsveçrədə SOCAR tərəfindən Yunanıstan şirkətləri ilə yaradılan treydinq şirkətində qarşılıqlı fəaliyyət çərçivəsində yaxşı nəticələrin əldə olunacağına əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti