...

"Nabukko" qaz kəmərinin injinirinqinə başlanılıb

Energetika Materials 13 May 2009 17:21 (UTC +04:00)
"Nabukko" qaz kəmərinin injinirinqinə başlanılıb

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir A.Bədəlova /

"Nabukko" qaz kəməri layihəsi texniki ətraflı injinirinq mərhələsinə daxil olub. Bu barədə Nabucco Gas Pipeline International-ın konsorsiumun rəsmi saytında yerləşdirilən məlumatında bildirilir.

Məlumatda bildirilir ki, tranzit ölkələrdə - Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyədə injinirinq üzrə beş yerli podratçı müəyyən edilib. "Nabukko" qaz kəmərinin ətraflı texniki tikinti planının hazırlanmasını Britaniyanın "Penspen" şirkəti həyata keçirir.

"Yerli şirkətlər ətraflı injinirinqin aparılması üçün boru kəməri marşrutunun bütün texniki detallarının öyrənilməsi və qiymətləndirilməsini reallaşdırırlar", - deyə layihə konsorsiumunun icraçı direktoru Reynxard Mitçek bildirib.  

İnjinirinqin nəticələri layihənin təsdiq edilməsi və qaz tədarükçüləri ilə danışıqların aparılması üçün lazım olacaq. İnjinirinq OBOCC-nin mühüm hissəsidir.

Konsorsiumun məlumatında bildirilir ki, Mitçek Avstriyanın OMV şirkətinin böyük vitse-prezidenti qismində fəaliyyətini dayandırıb və fəaliyyətinin tam olaraq Nabukko layihəsinin reallaşdırılmasına cəmləşdirildiyi Nabucco Gas Pipeline International-a qoşulub.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəmərinin tikintisi 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti