...

SOCAR qaz-kompressor stansiyasının tikintisi üçün avadanlıq göndərib

Energetika Materials 16 May 2009 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend /

"SOCAR müstəqil şəkildə işlətdiyi "Günəşli" yatağının dayazsulu hissəsindən çıxan qazın sıxılması üçün kompressor stansiyasının tikintisi çərçivəsində ikinci qaz-turbin aqreqatının göndərilməsini həyata keçirib", - şirkətin məlumatında deyilir. Bu stansiya SOCAR-ın qaz proqramı çərçivəsində ən böyük obyektlərdən biridir və onun istifadəyə verilməsi atmosfer parnik effekti verən qazların havaya sovrulmasının həcminin azaldılmasına imkan verəcək.

Aqreqatın hündürlüyü səkkiz metr, ağırlığı 600 tondur.

Stansiya hər birinin gücü sutkada iki milyon kubmetr olan iki aqreqatdan ibarət olacaq.

SOCAR stansiyanın tikilişinin öz vəsaitləri hesabına həyata keçirir. Lazımi infrastrukturun yaradılması və bu layihənin həyata keçirilməsinin dəyəri 150 milyon dollardır.

Bu stansiyada sıxılmadan (təzyiqin yüksəldilməsi) sonra qaz ya Azərbaycan qaz emalı zavoduna, ya da milli qaz nəqli sisteminə, oradan da abunəçilərə ötürüləcək.

Stansiyaya girişdə qaz 2-2,5 atmosfer təzyiqi ilə daxil olub 17 atmosfer təzyiqi ilə çıxacaq. Bundan sonra qaz "Neft daşları" dəniz yatağındakı 2 saylı kompressor stansiyasında əlavə olaraq 55 atmosferə qədər sıxılacaq. Yalnız bundan sonra qaz quruya nəql ediləcək.

Bu məqsədlərlə "Neft daşları"ndakı kompressor stansiyasında dörd əlavə aqreqatın qurulması prosesi başa çatdırılır. Nəticədə onun gücü sutkada 7,4 milyon kubmetrdən 10,5 milyon kubmetrə qədər artacaq.

SOCAR-ın ekologiya idarəsinin rəhbəri Azər Əliyevin sözlərinə görə, "Günəşli"də havaya sovrulan qazın həcmi ildə 150-250 milyon kubmetr arasındadır. "Neft daşları" yatağında bu göstərici təxminən 150 milyon kubmetrdir.

Xəbər lenti

Xəbər lenti