...

Azərbaycan paytaxtında elektrik enerjisi istehlakı azalıb

Energetika Materials 18 May 2009 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir E.İsmayılov /

Yanvar-aprel aylarında "Bakıelektrikşəbəkə SC" (Bakıda elektrik enerjisinin satışı və paylanması) "Azərenerji SC"-dən (Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı) təxminən 3,4 milyard kilovatt/saat elektrik enerjisi alıb. Ötən ilin analoji dövründə bu rəqəm 3,5 milyard kilovatt/saat olub, "Bakıelektrikşəbəkə SC"-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Apreldə "Bakıelektrikşəbəkə SC" tərəfindən 726,1 milyon kilovatt/saat, martda isə təxminən 835 milyon kilovatt/saat elektrik enerjisi alınıb.

"Azərenerji SC"-dən alınan enerjiyə görə "Bakıelektrikşəbəkə SC"-nin ödəmələri yanvar-aprel aylarında 77,9 faiz təşkil edib ki, ötən ilin analoji dövründə bu rəqəm 73,4 faiz olub.

"Azərenerji SC"-dən alınan enerji apreldə 86,3 faiz, martda 78,8 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti