...

"KazMunayQaz" Povlodar neft-kimya zavodunun alınması üçün danışıqlar aparır

Energetika Materials 21 May 2009 12:54 (UTC +04:00)

Qazaxıstan, Astana, 21 may / Trend , müx. K.Arınov /

Hazırda "KazMunayQaz" DŞSC Povlodar neft-kimya zavodunun (PNZ) səhmlər paketinin əldə edilməsi istiqamətində danışıqlar aparır. Bu barədə "KazMunayQaz" DŞSC-nin prezidenti Daniyar Berlibayev Trend -ın xüsusi müxbirinə bildirib.

"Zavoda sahib olan yeni şirkət yaradılıb və biz onunla zavodun səmlər paketinin əldə edilməsi üçün danışıqlar aparırıq", - Berlibayev bildirib.

Lakin o, əldə ediləcək PNZ-in səhmlər paketinin hansı miqdarda olduğunu bildirməyib. "Müqavilə haqqında heç nə deyə bilmərəm. Orada müxtəlif şərtlər var və hələ ki, satan tərəf ilə hansı səhmlər paketini ala biləcəyimiz barədə danışıqlar aparırıq", - vitse prezident bildirib.

O əlavə edib ki, müqavilənin başa çatacağı dəqiq tarix məlum deyil. "Mülkiyyətin qiymətləndirilməsi və digər məsələlər üzrə problemlər mövcuddur. Hansı vəsaitlər hesabina alırıq məsələsinə gəldikdə isə, "KazMunayQaz"ın pulu var",- Berlibayev bildirib.

Povlodar neft-kimya zavodu Povlodarda (Qazaxıstanın şimalı) yerləşir. SSRİ dövründə inşa edilmiş və texnologiya baxımından Qərbi Sibir yataqlarında mövcud olan neftin emal edilməsi istiqamətində qurulub. Layihənin gücü il ərzində 7 milyon ton neftdir. Keçən il ərzində emalın həcmi 4,2 milyon ton təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti