...

Bu il Azərbaycan qaz hasilatını artıracaq – nazir

Energetika Materials 22 May 2009 13:23 (UTC +04:00)
Bu il Azərbaycan qaz hasilatını artıracaq – nazir

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir E.İsmayılov /

Bu il Azərbaycanda ötən ilin 44,5 mln. tonuna nisbətdə təqribən 46-47 mln. ton neft hasil ediləcək. Bu barədə cümə günü "Yeni Azərbaycan" Partiyasının baş qərərgahında keçirilən mətbuat konfransında çıxışı zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazir bildirib ki, ötən il planlaşdırılan hasilat həcmi 52 mln. ton səviyyəsindədir, lakin obyektiv səbəblərdən - "Azəri" yatağının mərkəzi hissəsində ("Azəri-Çıraq-Günəşli" yataqları bloku layihəsi çərçivəsində xarici şirkətlər konsorsiumu tərəfindən işlənir) hasilatın dayandırılmasına görə, buna nail olmaq mümkün olmayıb.

"Azərbaycanın bir neçə il ərzində hasilatı artırmaq üçün böyük potensialı var. Respublika ildə 65 mln. ton neft hasil edə bilər. Biz bu nəticələrə nail olcağıq. Belə olan təqdirdə söhbət artıq mövcud olan yataqlardan gedir, lakin bundan əlavə bizim daha böyük miqdarda perspektivli strukturlarımız var", - deyə Əliyev bildirib.

"Mərkəzi Azəri" platformasının dayandırılması ötən il sentyabrın 17-də dənizdə platformanın yanından qaz tullantıları aşkarlanması səbəbindən baş verib. Hazırda "Azəri-Çıraq-Günəşli" yataqları blokunda hasilat tam olaraq bərpa olunub və platformanın fəaliyyəti dayandırılanadək əldə olunan analoji göstəriciyə - sutkada 900 min barel neftə çatdırılıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti