...

Mayın 25-də Azərbaycan neftinin qiyməti sabit qalıb

Energetika Materials 26 May 2009 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Bədəlova /

Mayın 25-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $60,9/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə sabit qalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmiryolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də $60,22/barel təşkil edib. Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 25-də $58,14/barel təşkil edib.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti mayın 25-də $58,52/barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə üvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti