...

Neftin dünya bazarlarında qiyməti ortamüddətli perspektivdə hazırkı qiymətlə müqayisədə arta bilər – BVF

Energetika Materials 27 May 2009 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir N.İsmayılova /

Dünya bazarlarında neftə olan qiymət hazırkı qiymətlə müqayisədə ortamüddətli perspektivdə arta bilər. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) direktor-paylaşdırıcısının müavini Con Lipski İtaliyada keçirilən "böyük səkkizliyin" enerji forumunda çıxış edərkən deyib.

BVF-nin proqnozlarına əssən, neftin qimətində olan dəyişkənlik ötən illə müqayisədə azalıb və qiymətin gələcəkdə qısamüddətli azalması iki səbəbdən mümkündür. Birincisi, neftə olan qlobal tələbat gözlənildiyi kimi tədricən qaydasına düşəcək ki, bu da qlobal artımın bərpası perspektivlərini tədricən əks etdirəcək.

İkincisi, amortizasiya yüksəlib, OPEK hasilatçılarının ehtiyat rezerv gücü nəzərəçarpacaq dərəcədə artıb və apreldə sutkada 6,3 milyon barel təşkil edib ki, bu da bir müddət əvvəlki orta göstəricini 2 dəfə üstələyir.

İstehsalat ehtiyatlarının yerinin doldurulması martın axırına 62 günlük səviyyəni keçib və bir müddət öncə qeydə alının 53 günlük göstəricidən nəzərəçarpacaq qədər çoxdur.

Lipskinin sözlərinə əsasən, bazar perspektivləri təyin edilərkən istehsalçının siyasəti böyük rol oynayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti