...

OPEK məqsədinə yaxınlaşır - Trend Capital-ın icmalçısı

Energetika Materials 29 May 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir A.Bədəlova /

OPEK-in neft hasilatı kvotasının stabil saxlanılmasına dair qərarı müsbət rolunu oynadı. 28 may tarixində keçirilən hərracların yekunu üzrə ABŞ-da neftin qiyməti bir barel üçün 65 dollar göstəricisini ötdü və bu da 2009-cu il ərzində onlar üçün rekord səviyyədir. WTI markalı neftin iyul fyuçersinin qiyməti 1,63 dollar artaraq bir barel üçün 65,08 dollara çatıb. London birjasında hərracların yekunu üzrə Brent növlü Şimali Amerika neftinin qiyməti iyulda tədarük ilə bərabər 1,89 dollar artaraq bir barel üçün 64,39 dollara çatıb.

OPEK-in iştirakçı dövlətlərinin hasilatın əvvəlki səviyyədə saxlanılmasına dair qərarı gözlənilən idi. Son zamanlar neftin qiymət dinamikasını, həmçinin OPEK nümayəndələrinin kartel tərəfindən hasilat kvotasının dəyişdirilməsinin az ehtimal olanmasına dair bəyanatlarını nəzərə alan analitiklər hadisələrin bu cür inkişaf edəcəyini gözləyirdilər.

OPEK-in hasilatın azaldılmamasına dair qərarına təsir edən əsas amil, çox güman ki, məhz neft qiymətlərinin artan trenddə nümayiş olunması olub. Son nəticəni nəzərə alaraq demək olar ki, ümumiyyətlə bu ay neft 27 faiz bahalaşıb ki, bu da son 10 gündə ən yüksək ay artımıdır.

Bundan əlavə, OPEK-in hasilat kvotasının sabit qalmasına baxmayaraq, kartel hər halda iştirakçıların intizama riayət olunmasını gücləndirmək niyyətində olduğunu bəyan edib. Bu gün OPEK tərəfindən müəyyən olunan kvota sutkada 24,845 mln. barel təşkil edir. Lakin əvvllər OPEK tərəfindən hasilatın azaldılmasına dair qəbul olunan qərarlara baxmayaraq, apreldə onun səviyyəsi müəyyən olunan kvotanı sutkada 965 min barel ötdü. Bu halda, kartelə kvotanı lazımi səviyəyə çatdırmaq üçün faktiki olaraq hasilatı azaltmaq imkanı qalır. Əlcəzairin neft naziri Şakib Xəlilin sözlərinə görə, iştirakçı dövlətlərin intizamının gücləndirilməsi hasilatın sutkada 800 min barelədək azaldılmasına imkan verəcək.

OPEK-ə üzv ölkələr dəfələrlər bəyan ediblər ki, neft üçün daha optimal qiymət bir barelə görə 60-70 dollardır. Demək olar ki, kartel qoyulan məqsədlərə yaxındır. Qiymətlərin davam etməkdə olan artımı artıq sensasiyalı proqnozlar verməyə əsas verib. Ekvadorun neft naziri Derlis Palasios yaxın bir neçə ildə neftin qiymətlərinin bir barel üçün 400 dollaradək artacağına vəd verib. Səudiyyə Ərəbistanının neft sənayesi naziri bildirmişdi ki, yaxn iki ildə neftin qiyməti 200 dollaradək bahalaşacaq.

Lakin nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında vəziyyət hələ də kifayət qədər qeyri-sabit olaraq qalmaqdadır ki, bu da dünyanın neftə olan tələbatına əhəmiyyətli dərəcədə təsir göstərir. İri təşkilatların proqnozlarına görə, tələbatın bərpası 2010-cu ildən tez başlamayacaq. Bu il, ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) gözləmələrinə əsasən, dünyanın neftə tələbatı 1,77 mln. barel düşərək sutkada 83,67 mln. barrelə çatacaq. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, bu il dünyanın neftə tələbatı sutkada 2,6 mln. barel düşəcək.

Bu halda, neft qiymətlərinin hazırkı artım tendensiyası müvəqqəti mahiyyət daşıya bilər. OPEK-ni neft qiymətinin bir barel üçün 70 dollar olmasına dair arzularının həyata keçməsi isə qsa müddətli ola bilər. OPEK neft bazarına təsir qollarını bərpa etmək üçün dünya iqtisadiyyatının tam olaraq bərpasını gözləməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti