...

Azərbaycanın böyük kimya müəssisəsi xammal tədarükü üzrə tender elan edib

Energetika Materials 2 İyun 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir E.İsmayılov /

Azərbaycanın böyük kimya müəssisəsi olan Azerikimya DŞ özünün  "Etilen-Polietilen"  müəssisəsi üçün 2009-cu il ərzində zavodun təchizatı üçün istifadə olunacaq xammal tədarükü üzrə tender elan edib. Şirkətin məlumatında deyildiyi kimi, 234 ton həcmində BREOX - 1400 markalı yağ, 120 ton həcmində İA və 132 ton həcmində "Pioner" markalı yağ alınması planlaşdırılır.

Şirkətin tenderində iştirak etmək istəyənlər öz təkliflərini 2009-cu ilin iyulun 15-nə kimi təqdim etməlidirlər. İştirakın məbləği lot üzrə 200 manatdır. Tender müəssisədə 2009-cu il iyulun 16-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti