...

Bu il Azərbaycan ərazisindən 4 milyon tona yaxın Qazaxıstan neftinin nəqli planlaşdırılır

Energetika Materials 4 İyun 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir E.İsmayılov /

"Tengiz" yatağından çıxarılan Qazaxıstan neftinin SOCAR-ın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi terminalı vasitəsilə nəqlinə terminaldakı dəniz dibinin dərinləşdirilməsi üzrə içlərin başa çatdırılmasından sonra başlamaq planlaşdırılır", - neft-qaz bazarındakı durumla tanış olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Tengiz nefti dəmir yolu vasitəsilə Batumi limanına və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə sabit həcmdə tədarük edilir və ilin sonuna qədər Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin həcmi 4 milyon tona çatacaq.

"Azərbaycanın Kulevidəki neft terminalı böyük tutumlu tankerləri texniki cəhətdən qəbul etməyə iyulun sonunda hazır olacaq", - bir müddət əvvəl Qara dəniz terminalının başçısı Kərim Quliyev deyib.

Quliyevin sözlərinə görə, hazırda terminalda bu istiqamətdə dəniz dibinin dərinləşdirilməsi üzrə iş aparılır. Artıq bu proses nəticəsində planlaşdırılan 2,2 milyon ton torpaqdan 800 min tonu çıxarılıb. İşlərin bu ayın sonuna qədər başa çatdırılması gözlənilir.

Quliyev qeyd edib ki, hazırda bu terminal ilə orta hesabla ayda təxminən 180-200 min ton neft ötürülür. Quliyev bu ilə hesablanan ötürülmə həcmini bildirməyib.

Qazaxıstanın "KazMunayQaz" şirkətinin başçısı Kairgeldı Kabıldinin bir müddət əvvəl dediyinə görə, bu il Azərbaycan ərazisindən təxminən beş milyon ton neft nəql etmək planlaşdırılıb ki, onun 3 milyon tonu Tengiz neftinin payına düşəcək.

Amerikanın ChevronTexaco şirkəti 2008-ci ildə Tengiz neftinin BTC ilə nəqlinə başlayıb. Müqavilənin şərtlərinə görə, Tengiz nefti BTC və dəmir yolu ilə Gürcüstan limanlarına (Kulevi və Batumi) qədər nəql edilir.

Kulevi limanı SOCAR-a, Batumi limanı isə "KazMunayQaz"a məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti