...

Bakı-Tbilisi-Ceyhan neft borusunun buraxılış gücü artırılacaq - Azərbaycanın sənaye və energetika naziri

Energetika Materials 16 İyun 2009 10:44 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan neft borusunun buraxılış gücü artırılacaq - Azərbaycanın sənaye və energetika naziri

Azərbaycan, Bakı, 13 iyun / Trend müx E.İsmayılov /

2010-cu ildə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin buraxılış gücü cari 1,2 milyon bareldən sutka ərzində 1,6 milyon barelə qədər artırılacaq, şənbə günü "Yeni Azərbaycan" partiyasının konfransında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Boru kəmərinin buraxılış gücü bu yaxınlarda 1,2 milyon barelə qədər artırılıb, növbəti ildə isə onun gücü sutka ərzində 1,6 milyon barelə qədər artırılacaq",- Əliyev deyib.

Əliyevin sözlərinə görə, 2006-cı ildən indiyə qədər Türkiyə limanı Ceyhandan 80 milyon tondan artıq neft nəql olunub.

Bakı-Tbilisi-Ceyhan (BTC) neft borusunun buraxılış gücünün sutka ərzində 1 milyon bareldən 1,2 milyon barelə qədər artırmaq üçün 69 milyon dollar vəsait tələb olunur. Bu vəsaitlərin hesabına inqibitorların (kimyəvi reagentlər) tətbiq edilməsi üçün boru xəttində avadanlıqlar quraşdırılıb.

2007-ci ilin aprelindən Azərbaycan yüngül neftinin dünya bazarlarına çatdırılması BTC boru xətti ilə həyata keçirilir.

BTC boru xəttinin ümumi uzunluğu 1768 km-dir, onun 443 km Azərbaycan, 249 km -Gürcüstan, 1076 km - Türkiyənin payına düşür. Boru xəttinin tikilməsi 2003-cü ilin aprelindən, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-dən başlayıb .

BTC-nin tikilməsi 4 milyar dollara başa gəlib. Bu xərclər tikinti işlərinə aiddir, borunun doldurulması, maliyyə xərcləri və bank faizlərinin ödənməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.

BTC Co-nun səhmdarları: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,9  faiz); StatoilHydro (8,71  faiz); ТРАО (6,53  faiz); Eni (5  faiz); Total (5  faiz); Itochu (3,40  faiz); Inpex (2,5  faiz); ConocoPhillips (2,50  faiz) и Hess (2,36  faiz).

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti