...

Rusiyanın Novorossiysk limanı neft boşaldılmasının həcmini artırıb

Energetika Materials 16 İyun 2009 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir E.İsmayılov /

"Bu ilin yanvar-mayında Rusiyanın Novorossiysk Qara dəniz limanı 18,5 milyon ton neft boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm 17,6 milyon ton olub", - limanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Bu dövrdə "Novorossiysk dəniz ticarət limanı" ASC 5,4 milyon ton neft məhsulu boşaldıb. Bir il əvvəl bu rəqəm 4,4 milyon ton olub.

Yanvar-may aylarında limanda boşaldılan müxtəlif yüklərin ümumi həcmi 36 milyon ton olub ki, ötən ilin analoji dövründə bu rəqəm 32,4 milyon tona bərabər idi.

ARDNŞ Novorossiysk limanı vasitəsilə öz neftinin yüklənib-boşaldılmasını həyata keçirir. ARDNŞ Bakı-Novorossiysk kəməri ilə bu il bir milyon tondan çox neft nəql edib. Ötən ilin analoji dövründə bu rəqəm 568 min ton olub. Bu ilin mayında 224 min tondan çox Azərbaycan nefti nəql edib.

2009-cu ildə ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neft nəqlini 2008-ci ildəki 1,3 milyon tondan 2,5 milyon tona qədər çatdırmağı planlaşdırır.

Novororossiysk Qara dəniz limanında yüklənib-boşaldılmanın toplu cədvəli:

Yanvar-may 2009

Yanvar-may 2008

Fərq

min ton

min ton

faiz

Ümumi yük dövriyyəsi

36 041,3

32 366,7

3 674,6

11,4

Maye yüklər (ümumi)

24 203,6

22 490,2

1 713,4

7,6

Xam neft

18 535,6

17 626,8

908,9

5,2

Neft məhsulları

5 391,9

4 423,2

968,7

21,9

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti