...

SOCAR Xəzərdə kəşfiyyat qazmalarına hazırlaşır

Energetika Materials 17 İyun 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir E.İsmayılov /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ilin sonu və ya növbəti ilin əvvəlində "Ümid" perspektivli qaz strukturunda birinci kəşfiyyat quyusunun qazılmasını planlaşdırır, çərşənbə günü SOCAR-da işlərə yaxın mənbədən bildirilib.

"Biz qazıntının bu ayın sonunda başlamasını planlaşdırırdıq, lakin çatdıra bilməyəcik. Zəruri avadanlığın platformada quraşdırılması hələ ki, başa çatmayıb", - mənbə bildirib.

Mənbədən bildirilinə görə, strukturda kəşfiyyat quyusunun qazılmasını "Bayıl limanı" dəniz kəşfiyyat-qazıntı idarəsi həyata keçirəcək. Hazırda idarə qazıntı üçün zəruri olan avadanlığın gətirilməsi və quraşdırılmasını həyata keçirir.

Bir müddət əvvəl SOCAR "Ümid-1" platformasının tikintisini başa çatdırıb. Qazıntı işləri qeyd olunan platformadan həyata keçiriləcək.

Birinci kəşfiyyat quyusunun dərinliyi 6500 metr təşkil edəcək və onun 4000 metri bu il qazlacaq, mənbə bildirib.

Tikintisi yarımçıq qalmış "Çıraq-6" platformasının bazasında açılan "Ümid-1" platforması proqram çərçivəsində ən böyük obyekt hesab olunur. Onun uzunluğu 72 metr təşkil edir. Platforma "Bulla-dəniz" dəniz yatağından 15 kilometr aralıda, suyun 58 metr dərinliyində yerləşir. Platformadan altı qaz quyusunun qazılması planlaşdırılır.

"Ümid" perspektivli qaz strukturunda ehtimal olunan qaz ehtiyatları 300 milyard kubmetr və qaz-kondensat ehtiyatlarının 30-40 milyon ton həcmində olması güman edilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti