...

Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa hazırdır

Energetika Materials 3 İyul 2009 18:03 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 03 iyul / Trend /

Azərbaycan Avropa İttifaqı ölkələri ilə, eyni zamanda Rumıniya ilə enerji təhlükəsizliyi məsələsində real əməkdaşlığa hazrıdır. Bu barədə cümə günü Rumıniyanın iqtisadiyyat naziri Andrian Vidyanu ilə görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib. Məlumatı cümə günü Sənaye və Energetika Nazirliyi yayıb.

"Hesab edirəm ki, Azərbaycan-Rumıniya münasibətlərini nəzərə alaraq və konkret layihələri həyata keçirməklə biz bütün Avropa üçün alternativ enerji daşıyıcılarına çevrilərək alternativ yollar tapa bilərik", - görüşdə Əliyev bildirib.

"Azərbaycan Rumıniya ilə enerji təhlükəsizliyi, həmçinin digər sahələrdə intensiv əməkdaşlığın qurulmasında maraqlıdır, bu prosesdə iki tərəf üçün mənfəətli ola biləcək məsələlər müzakirə oluna bilər", - Əliyev deyib.

Vidyanunun görüşdə qeyd etdiyi kimi, Rumıniya Avropaya enerji daşıyıcılarının nəqlində Qara dəniz və Xəzər regionunun təhlükəsiz inkişafında qarşılıqlı maraqların nəzərə alınması ilə tranzit ölkə qismində çıxış edə bilər.

Vidyanu görüşdə Rumıniyanın daha böyük həcmdə Azərbaycanın neft və neft məhsullarını tədarük etmək istədiyini bəyan edib.

"Azərbaycan Ruminiyanın Xəzər regionunda dostu və sınanılmış tərəfdaşıdır", - Vidyanu bildirib.

Xəbər lenti

Xəbər lenti