...

Azərbaycanda Aİ-98 markalı benzinin satışına başlanılıb

Energetika Materials 7 İyul 2009 13:32 (UTC +04:00)
Azərbaycanda Aİ-98 markalı benzinin satışına başlanılıb

Azərbaycan, Bakı, 07 iyul / Trend /

Bakıda yanacaqdoldurma məntəqələrində Aİ-98 markalı benzinin satışına başlanılıb. Çərşənbə axşamı ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) verilən məlumata görə, ölkənin neft emalı müəssisələri ("Heydər Əliyev adına" Bakı Neft Emalı Zavodu (Bakı NEZ) və "Azneftyağ") bu markalı benzin istehsal etmir.

Buna görə də, bu məhsul Azərbaycana idxal olunur. ARDNŞ nümayəndələrinin sözlərinə görə, bu markalı benzin Azərbaycanda istehsal olunmadığından, bu məhsula tələbat yoxdur. Bu benzinin əsas müştəriləri premium-klass avtomobilləri sahibləridir.

Təsdiqlənməyən məlumata görə, Azərbaycanda Aİ-98 benzininin litri 1,1 manata satılır. Moskvada bu markalı benzin 24-26 rubla satılır (Rusiya rublunun dollara münasibətdə məzənnəsi - 1 rubl 0,80 dollardır (80 sent)).

Hazırda Azərbaycan bazarlarında Bakı NEZ-in məhsulları olan Aİ-95, Aİ-92, Aİ-80 markalı avtomobil benzinləri satılır.

Azərbaycanın Tarif Şurasının qərarı ilə, 2007-ci il yanvarın 8-dən Aİ-95 markalı benzinin bir litri üçün 0,6 manat, Aİ-92 və Aİ-80 markalı benzinin bir litri üçün isə 0,55 manat müəyyənləşdirilib.    

Xəbər lenti

Xəbər lenti