...

OPEK-in hasilatı 2010-cu ildə 1% artacaq - Eİİ

Energetika Materials 9 İyul 2009 11:25 (UTC +04:00)
OPEK-in hasilatı 2010-cu ildə 1% artacaq - Eİİ

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir A.Bədəlova /

Dövlət Energetik İnformasiya İdarəsi (Eİİ) 2010-cu ildə OPEK-in neft hasilatı həcminin sutkada 0,33 milyon barel artaraq 28,96 milyon barelə çatacağını rroqnozlaşdırır. Bu göstərici 2009-cu ildə sutkada 28,63 barel təşkil edib.

Artım yüksək tələbat fonunda müşahidə ediləcək, bu barədə Eİİ-nin iyul ayındakı məruzəsində deyilir. Eİİ-ə əsasən, OPEK-in hasilatı 2009-cu ilin ikinci rübündə sutkada 28,6 milyon barel təşkil edib və ilin sonuna kimi bu səviyyədə qalacaq. 

Eİİ 2009-cu ildə ölkələrə neft tədarükü həcminin sutkada 360 min barel artaraq 50,14 milyon barelə çatacağını proqnozlaşdırır. Növbəti ildə tədarüklərin həcmi sutkada 50,19 milyon barel təşkil edəcək.  

Braziliya, ABŞ, Azərbaycan və Qazaxıstanda neft hasilatının yüksək səviyyəsi Meksika, Şimal dənizi və Rusiyada hasilatın azalmasını tarazlaşdırır, məruzədə deyilir.

Eİİ-nin proqnozlarına əsasən, 2009-cu ildə Azərbaycanın neft tədarükünün həcmi sutkada 0,19 milyon barel artaraq sutkada 1,07 milyon barel təşkil edəcək. 2010-cu ildə isə neft tədarükünün həcmi 0,16 milyon barel artaraq sutkada 1,23 milyon barel təşkil edəcək.   

2010-cu ildə Eİİ keçmiş Sovet İttifaqı ölkələrinin neft hasilatının sutkada 13,12 milyon barel olacağını gözləyir. Bu isə 2009-cu ildəki neft hasilatından sutkada 0,1 milyon barel çoxdur.  

Bu ildə OPEK-ə daxil olmayan ölkələrə neft tədarükünün ümumi həcminin sutkada 1,54 milyon bareli Qazaxıstanın payına düşəcək. Eİİ-nin proqnozlarına əsasən, 2010-cu ildə ölkə tədarükün həcmini 0,12 milyon barel artıraraq sutkada 1,66 milyon barelə çatdıracaq.

Türkmənistanın tədarükünün həcmi 2009-cu ildə sutkada 0,2 milyon barel təşkil edəcək. Proqnozlara əsasən, 2010-cu ildə tədarüklərin həcmi eyni səviyyədə saxlanılacaq.

Dövlət Energetik İnformasiya İdarəsi Konqres tərəfindən 1997-ci ildə yaradılıb, ABŞ-ın Energetika Departamentinin statistik agentliyidir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti