...

Azərbaycanda bitum istehsalı nəzərəçarpacaq dərəcədə artıb

Energetika Materials 9 İyul 2009 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend /

Birinci yarımildə Azərbaycanda 109,58 min ton neft bitumu istehsal olunub. 2008-ci ilin analoji dövründə bu göstərici 85,97 min ton təşkil edib. Bu barədə ARDNŞ-dən bildirilib.

İyun ayında ARDNŞ 23,24 min ton neft bitumu istehsal edib.

2008-ci ildə Azərbaycanda 220,37 min ton neft bitumu, 2007-ci ildə isə 182,86 min ton neft bitumu istehsal olunub.

2006-cı ildə ARDNŞ-in bitum istehsalı 161,94 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti