...

Qazaxıstan "Kaztransqaz-Tbilisi" qazpaylayıcı şəbəkəsini satmaq niyyətindədir

Energetika Materials 9 İyul 2009 16:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 iyul / Trend , müxbir N.Kirsxaliya / 

"Kaztransqaz-Tbilisi" şirkətinin direktoru Kasanci Kayneldiyev Qazaxıstan tərəfinin Tbilisi qazpaylayıcı şirkətini satmaq niyyətini təsdiqləyir. Bu barədə bu gün jurnalistlərə Gürcüstan şirkətinin direktoru bildirib.  

Onun sözlərinə əsasən yaxın günlərdə Tbilisiyə "KazMunayQaz"-ın nümayəndə heyəti gələcək. Nümayəndə heyəti "Kaztransqaz-Tbilisi"nin qiymət qoyulması məsələsini öyrənəcək. Kayneldiyev bildirib ki, şirkətin qiyməti müəyyən edilən zaman "KazMunayQaz" tərəfindən realizə edilmiş 200 milyon dollar investisiya da nəzərə alınacaq.

Qeyd etmək lazımdır ki, hazırda şirkətin Gürcüstan hökumətinə 80 milyon lari (1 dollar=1,65 lari) borcu var. Buna görə də dekabr ayından Milli enerjitənzimləmə komissiyası şirkətə müvəqqəti menecer təyin edilib.

"KazMunayQaz" Gürcüstanda "Rompetrol" BDM və Batumidə neft terminallarının sahibidir.

Tbilisi qazpaylayıcı şəbəkənin potensial alıcıları arasında Azərbaycanın ARDNŞ və məşhur Gürcüstan futbolçusu Kaxa Kaladzeyə məxsus "Kalakapital" şirkəti yer alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti