...

Astanada "KazTransQaz-Tbilisi" MMC-nin satışı barədə niyyəti təsdiqləmirlər

Energetika Materials 9 İyul 2009 17:35 (UTC +04:00)

Qazaxıstan, Astana, 09 iyul / Trend , müxbir K.Konırova /

"KazTransQaz" SC-də Qazaxıstan tərəfinin "KazTransQaz-Tbilisi"nin Tbilisi qazpaylama şəbəkəsinin satışı ilə bağlı niyyətini təsdiqləməyiblər. Bu barədə Trend -ın Astanadakı müxbiri şirkətin informasiya mənbələrinə istinadən bildirib.  

"KazTransQaz" SC hazırda Tbilisi qazpaylama stansiyasının satış niyyətini qaz tədarükçüsü - Gürcüstan şirkəti ilə bağlı aparıln məhkəmə istintaqı ilə əlaqədar olaraq təsdiqləmir. Məhkəmənin başa çatmasına kimi Qazaxıstan tərəfi satış ilə bağlı heç bir addım ata bilməz", - deyə "KazTransQaz"-dakı mənbədən bildirilib.

Məhkəmə prosesi avqustun 1-də tamalanmalıdır. Məhkəmə-stintaq prosesinin tamamlanmasından sonra hər hansı bir bəyanatla çıxış etmək olar", - deyə həmsöhbət bildirib.

Tbilisi şəbəkəsi fəaliyyətinin idarəetmədən kənarlaşdırılmasının səbəblərindən biri kimi Gürcüstan tərəfinin Qazaxıstandan gürcü dilində kargüzarlığın aparılması haqqında tələbi olub.

Bununla yanaşı, "KazTransQaz"-dakı mənbə bildirib ki, şirkətin rəhbərliyi sözügedən məsələni Bakıda sentyabr ayında neft-qaz tədbirində nəzərdən keçirmək niyyətindədir. Tədbirdə üç ölkə - Azərbaycan, Qazaxıstan və Gürcüstan Azərbaycan qazının "KazTransQaz-Tbilisi" üçün tədarükü məsələsini nəzərdən keçirməlidir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti