Azərbaycan, Bakı, 20 iyul / Trend /
Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Aralıq dənizinə 50 milyon ton neft nəql ediləcək. Bunu bazar ertəsi İsveçin xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi Avropa İttifaqı nümayəndə heyətilə görüşdə ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) Türkiyəyə 6 milyard kubmetr qaz ixrac ediləcək.
Abdullayevin dediyi kimi, Cənubi Qafqaz qaz kəmərinin gücü ildə 20 milyard kubmetrə qədər genişləndirilə bilər. Dəhlizdə bu qaz kəmərinə daxil olacaq yeni xəttin salınması da mümkündür.
"Nabukko" boru kəməri, TGİ, TAP "Cənubi energetik dəhliz"nə daxildir və bu layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var. Böyük enerji resurslarına malik Azərbaycan kommersiya nöqteyi-nəzərindən əlverişli olacaq bütün layihələrdə iştirak etməyə hazırdır, ARDNŞ prezidenti deyib.
Aİ nümayəndəsi Karel Kovandın dediyi kimi, Azərbaycan mərkəzi Asiya enerji resurslarının Qərbə daşınması üçün stabil tranzit ölkə kimi də vacibdir.
Abdullayevin sözlərinə görə, Azərbaycan Xəzərin şərq sahilindən karbohidrogenin etibarlı nəqlinə hazırdır.