...

Bakıda suveren fondların beynəlxalq forumunun ilk görüşünün keçirilmə tarixi müəyyən olunub

Energetika Materials 24 İyul 2009 18:47 (UTC +04:00)
Bakıda oktyabrın 8-9-da suveren fondların beynəlxalq forumunun ilk görüşü keçiriləcək. Görüşdə Azərbaycanın Dövlət Neft Fondu (ADNF) iştirak edəcək. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir E.İsmayılova /

Bakıda oktyabrın 8-9-da suveren fondların beynəlxalq forumunun ilk görüşü keçiriləcək. Görüşdə Azərbaycanın Dövlət Neft Fondu (ADNF) iştirak edəcək. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Oktyabrın 8-9-da keçiriləcək iclasda 20-dən çox fondun başçıları və yüksəkrütbəli nümayəndələri iştirak edəcək", - deyə Mövsümov bildirib.

"Bu fondlar üç trilyon dollar məbləğində vəsaiti idarə edir", - Mövsümov bildirib.

Dünyada bir çox fond mövcuddur, bunlara ADNF, həmçinin son zamanlar marağın artdığı Səudiyyə Ərəbistanı, BƏƏ, Norveç, Küveyt, Rusiya, Qazaxıstan və Latın Amerikasındakı fondlar aiddir. Bunu nəzərə alaraq suveren fondlar forumun yaradılması idayesı ilə çıxış ediblər və bu yaxınlarda Küveytdə 20 fondun iştirakı ilə onun təsis edilməsi barədə qərar qəbul edilib. Bu görüşdə suveren fondların beynəlxalq forumunun yaradılması barədə bəyanat qəbul edilib. Bu il forum fəaliyyətə başlayacaq və ildə bir dəfə sözügedən forum çərçivəsində görüşlər keçiriləcək. Görüşlər çərçivəsində suveren fondlar ilə bağlı məsələlər müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti