...

ARDNŞ Xəzərin Rusiya sektorunda platforma quraşdıracaq

Energetika Materials 31 İyul 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend /

ARDN-in Xəzər Dəniz Neft Donanmasının "Azərbaycan" kran gəmisi Xəzər dənizinin Rusiya sektorunda LUKOYL tərəfindən işlədilən "Yuriy Korçaqin" yatağında neft hasil edən yeni platformanın qurulmasını həyata keçirəcək. Bu barədə ARDNŞ-in məlumatında deyilir. Yeni platformanın çəkisi 950 ton təşkil edir.

Yükqaldırma qabiliyyəti 2500 ton olan kran platformanın quraşdırılacağı yerə yollanıb. Kran yatağa ARDNŞ-in "Andoqa" yedəkləmə gəmisi ilə nəql olunur. Platforma kran vasitəsilə dənizin dibinə bərkidiləcək.

Həştərxanda inşa edilən platforma hazırda ARDNŞ-ə məxsus avtomatik boşalan STB-1barjasına yüklənilir. "Yuriy Korçaqin" yatağı Həştərxandan 100 mil məsafədə yerləşir.

"Azərbaycan" və "Andoqa" gəmiləri yaxşı hava şəraiti şərti ilə 60 gün müddətinə icarəyə götürülüb.

Yatağa eyni zamanda  Xəzər Dəniz Neft Donanmasının "Aura", "Om", "Lyutoqa" və "Vadim Seyidov" yedəkləmə təchizat gəmiləri yollanıb.

Xəbər lenti

Xəbər lenti