Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir E.İsmayılov /
"2009-cu ilin yanvar-iyul aylarında Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) səhmdarları "Yujnaya Ozereyka-2" terminalında 20 milyon tondan (təxminən 158 milyon barel) çox CPC Blend markalı neft boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm 18 milyon ton (təxminən 140,4 milyon barrel) olub", - XBKK-nın mətbuat xidmətindən məlumat verilib.
İyulda səhmdarlar təxminən 3 milyon ton (23,1 milyon barrel) neft boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 2,5 milyon ton (19 milyon barrel) olub.
2008-ci ildə XBKK səhmdarları, terminalda 31,5 milyon ton neft boşaldıb. 2007-ci ildə bu rəqəm 32,6 milyon ton olub.
CPC Blend neftinin sıxlığı 812,3 kq/m3, kükürd tutumu 0,53 faiz təşkil edir. CPC Blend-in bir tonunda 7,8 barel neft var.
Həcmlərin nəql və boşaldılmasını (qoşulma ardıcıllığı ilə) həyata keçirən XBKK yükgöndərənləri aşağıdakılardır:
- "Tengizşevroyl" - bağlanmış müqavilələrdən birincisi - tədarük olunan əsas həcmlər sistemin əsas yüklənməsini təmin edir;
- "Arman" - XBKK-nın səhmdarı Oryx Caspian Pipeline LLC-nin əlaqəli yükgöndərəni. Hazırda "Şell"in mülkiyyətindədir;
- "Embamunayqaz" və "Kazaxoyl-Aktobe". XBKK-nın səhmdarı Kazakstan Pipeline Ventures LLC-nin əlaqəli yükgöndərəni;
- "CNPC-Aktobemunayqaz" - Qazaxıstan hökümətinin giriş hüquqlarından yararlanaraq terminalda həcmlərin nəql və boşaldılmasını həyata keçirir;
- "Litasko" - XBKK-nın səhmdarı LUKARKO B.V. şirkətinin əlaqəli yük göndərəni;
- "Karaçaqanak Petroleum Opereytinq B.V." - "Tengizşevroyl"dan sonra həcmlər üzrə ikinci yükgöndərən. XBKK-nın bir çox səhmdarlarının yanında əlaqəli strukturdur;
- "Nafta Trans" QSC və onunla əlaqəli şirkətlər - Rusiya Federasiyasının giriş hüquqlarına əsasən rus hasilatçılarının neftini XBKK-ya tədarük etmək səlahiyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]