Azərbaycan, Bakı, 06 avqust / Trend /
"Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri layihələrinin operatoru olan ВР Azerbaijan şirkətinə yeni prezident təyin olunub. Yeni prezident Rəşid Cavanşirdir. O, vəzifəsinin icrasına bu il sentyabrın 1-dən başlayacaq. Bu vəzifədə əvvəl Bill Şreder çalışıb, şirkətin məlumatında deyilir.