Azərbaycan, Bakı, 17 avqust / Trend /
Yanvar-iyulda "Azərkimya" Dövlət Şirkəti (kimyəvi məhsullar istehsalçısı) 6,9 milyon kubmetr azot istehsal edib. Bu da 2008-ci ilin anoloji dövründəki göstəricidən 20,4 faiz azdır. Bu barədə Azərbycan Dövlət Statistika Komitəsi məlumat verib.
Statistika Komitəsindən bildirildiyi kimi, yanvar-iyulda polietilen, izopropil spirit, lak və boya məhsulları istehsalı azalıb. Yanvar-iyulda xlor oksidi istehsal olunmayıb.
2009-cu ilin yanvar-iyul aylarında kimyəvi məhsulların əsas növlərinin istehsalı:
| Məhsul | 2009-cu ilin yanvar-iyulunda istehsal | 2008-ci ilin yanvar-iyuluna nisbətdə (%-lə) | 
| Azot (mln.кub.m.) | 6,9 | 79,6 | 
| Kaustik soda (ton) | 4776,1 | 31,3 | 
| Polietilen (min t.) | 16,3 | 43,1 | 
| Propilen (min t.) | 8,8 | 42 | 
| İzopropil spirti (min t.) | 5,9 | 48 | 
| Lak və boya məhsulları (min t.) | 1 | 63 | 
| Xlor oksidi (min t.) | 0 | 0 | 
