...

BP Azərbaycana səmt qazının tədarükünü xeyli artırıb

Energetika Materials 18 Avqust 2009 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend /

Bu ilin birinci yarısı ərzində ВР şirkəti Azərbaycana 2,1 milyard kubmetr səmt qazı tədarük edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,45 milyard kubmetrə bərabər olub. Bu barədə şirkətin məlumatında deyilir. ВР "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə operatordur və bu yataqlardan çıxan səmt qazını Azərbaycana təmənnasız verir.

Azərbaycanın neft-qaz sənayesinin nümayəndələrinin sözlərinə görə, bu il respublika ən azı üç milyard kubmetr qaz əldə etmək niyyətindədir.

2008-ci ildə Azərbaycan AÇG-nin işlənməsindən 2,1 milyard kubmetr qaz əldə edib.

2009-cu ildə ВР 28 düymlük sualtı qaz kəməri ilə üç platformadan (Mərkəzi, Qərbi və Şərqi Azəri) səmt qazını Səngəçal terminalı və ölkənin daxili istehlakı üçün "Azəriqaz" sisteminə tədarük etməkdə davam edir.

"Çıraq" platformasında əldə edilən səmt qazının bir hissəsi hələ də mövcud 16 düymlük sualtı qaz kəməri ilə ARDNŞ-nin "Neft daşları"ndakı kompressor stansiyasına ötürülür. Qalan səmt qazları laylara yenidən vurulma və lay təzyiqinin saxlanılması üçün daxili boru kəmərləri ilə qazın sıxılması və suyun vurulması üçün platformaya istiqamətləndirilir.

Bu əməliyyatlar "Mərkəzi Azəri" platforması rayonunda qaz sızmasının səbəblərinin araşdırılması ilə əlaqədar olaraq dayandırılmışdı. Hazırda qazın vurulması bu platformanın üç quyusunda davam etdirilir.

Xəbər lenti

Xəbər lenti