...

Türkmənistan Xəzərdə hərbi bazanın yaradılmasını neft-qaz quyularının müdafiəsi məqsədilə istəyir - ekspert

Energetika Materials 31 Avqust 2009 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir Ü.İsmayılova /

Xəzərdə Türkmənistan tərəfindən hərbi-dəniz bazasının yaradılmasında əsas məqsəd Xəzərin statusu məsələsinin həllinin tezləşdirilməsi deyil, neft-qaz quyularının müdafiəsidir, Azərbaycanın Nazirlər Kabinetinin İqtisadiyat və maliyyə-kredit siyasəti şöbəsinin keçmiş başçısı Oqtay Haqverdiyev bildirib.

"Xəzərin statusunun həll olunması məsələsi hələ uzun müddət müzakirə olunacaq", - bazar ertəsi Haqverdiyev bildirib.

Onun sözlərinə əsasən, Xəzərin statusunun həlli məsələsi bütün Xəzəryanı ölkələrdən asılıdır, tərəflər bir qərara gəlməlidirlər - "ya dibi, ya da dibi və dənizi bölüşdürməlidirlər".

Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib ki, ölkə qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, RİA Novosti xəbər verir.

Berdımuhəmmədov hərbi və hüquq-mühafizə nazirlikləri və idarələrinə "qaçaqmalçılar, terrorçular və Türkmənistanın dövlət dəniz sərhədini pozmağa çalışan və ya orada qeyri-stabil vəziyyəti yaratmaq istəyən digər qüvvələrə qarşı səmərəli mübarizə aparmağı" tapşırıb.

Türkmənistan Xəzərdə digər dövlətlərlə sərhədini hələ müəyyənləşdirməyib. Xəzərin dibinin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr var. Tərəflər həmçinin bölücü xətlərin koordinatlarının müəyyənləşməsi üzrə də həmfikirdirlər. Məsələ yalnız Türkmənistan və İran tərəfi ilə razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu indiyədək müəyyənləşdirilməyib.

Azərbaycan Xəzər dövlətlərindən ilk olaraq dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabrda qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib. Bu öz əksini 1995-ci ildəAzərbaycanın Əsas qanununda tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti